Maşınlar toqquşdu-2 ölü, yaralılar var
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax şossesinin 479-cu km-də qeydə alınıb. Qəza zamanı "VAZ" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı səkiyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü E.Bəyimov və sərnişin Ş.Əhmədov yerindəcə dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişinlər isə ağır bədən xəsarətləri alıblar. Zərbənin təsirindən ağır deformasiyaya uğruyan avtomobildən cəsədlər və xəsarət alan şəxslər hadisə yerinə çağırılan FHN-in xilasedicilərinin köməkliyi ilə çıxarılaraq adiyyatı üzrə təhvil veriliblər.
Miq.az