Mayk Pens Şimali Koreyanı ən aktual təhlükə adlandırıb

Mayk Pens Şimali Koreyanı ən aktual təhlükə adlandırıb

ABŞ-ın vitse-prezidenti Mayk Pens Yaponiyada yerləşən aviadaşıyıcı gəminin göyərtəsində çıxışı zamanı raket və nüvə proqramları fonunda Şimali Koreyanın ünvanına kəskin fikirlər səsləndirib.

NHK telekanalının yaydığı məlumata görə, M.Pens Tokionun yaxınlığındakı ABŞ-a məxsus Yokosuka hərbi bazasında yerləşən "Ronald Reyqan” aviadaşıyıcısının göyərtəsində ABŞ hərbiçilərinə və Yaponiyanın özünümüdafiə qüvvələrinin əməkdaşlarına müraciət edərək, ABŞ-Yaponiya ittifaqını Asiya-Sakit okean regionunda sülhün və inkişafın aparıcı qüvvəsi adlandırıb. Vitse-prezident deyib ki, Donald Trampın rəhbərliyi ilə ABŞ bu ittifaqa sadiqliyini qoruyub saxlayır.

M.Pens bildirib ki, Şimali Koreya regionda sülhə və təhlükəsizliyə ən aktual təhdiddir.

Onun sözlərinə görə, ABŞ istər adi, istərsə də nüvə silahının tətbiqi ilə bütün hücumları dəf etməyə və irticaya qarşı bütün mümkün vasitələrlə cavab verməyə hazırdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az