Qvatemala məhkəməsi ölkə prezidenti Otto Peresa Molinanın həbsinə order verib.
Bu barədə yerli prokurorluğun rəsmi tvitter səhifəsində məlumat yerləşdirilib.
Hakimin qərarına əsasən, prezidentə ölkə ərazisini tərk etmək qadağan edilib.
Prokurorluq prezidenti Qvatemala büdcəsinin bir neçə milyon itirməsinə səbəb olan fırıldaqçı sxem təşkil etməkdə ittiham edir. İstintaqın ilkin versiyasına görə, Peres Molina və digər yüksək vəzifəli dövlət xadimləri biznesmenlərin idxal mallarını rüsumdan azad etmək üçün gömrüyə ödədikləri rüşvətdən faiz əldə ediblər.
Konqress artıq ikinci cəhddə Peresin prezidentlik toxunulmazlığını aradan qaldırıb.
Bununla yanaşı, prezident bütün ittihamları rədd edib və ədalətdən gizlənmək fikri olmadığını, bu səbəbdən məhkəmə prosesində iştirak edəcəyini bildirib.
Peres, həmçinin, istefaya getmək niyyətində olmadığını qeyd edib.
"Qafqazinfo”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL