Məmur sifarişlə güllələnib – Təfərrüat

Məmur sifarişlə güllələnib – Təfərrüat
Daxili İşlər Nazirliyi (DİN) Bakıda sabiq məmuru güllələyən şəxslərin tutulması ilə bağlı məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımova avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub.
 
Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən AKM markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
 
Zərərçəkənin verdiyi məlumata görə, G.Süleymanovanın ona 35 min manat borcu olub, məhz bu səbəbdən də R.Hüseynliyə onu öldürməyi sifariş verib.
 
Qeyd edək ki, Hüseyn Qasımov bir müddət əvvələdək Bərdə Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini vəzifəsində çalışıb.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az