"Mənim üçün millət vəkili seçilmək problem deyil"
Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza
Seyidcahan imza vərəqələrini vaxtında Dairə Seçki Komissiyasına təhvil
verib.
Vətəninfo.az Moderator.az-a istinadən xəbər verir ki, bu açıqlamanı cebhe.info-ya müğənninin özü verib.
O,
imzatoplama kampaniyasını çox asanlıqla və qısa müddətdə başa vurduğunu
deyib. Ona görə də Elza Seyidcahan millət vəkili seçiləcəyinə əmindir:
"Mən iki gün ərzində 10 050 imza toplamışam. Hesab edirsiniz ki, mən
imza toplamaya bilərəm? Heç bilirsiniz ki, mənim nə qədər seçicilərim
var? Mənim üçün millət vəkili seçilmək problem deyil”.
54
saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov AzNews.az-a
açıqlamasında bildirib ki, Elza Seyidcahan seçki qanunvericiliyinə
əsasən ərizə ilə müraciət edib:
"Sənədləri
yoxlanılıb. Dairə Seçki Komissiyası aidiyyəti üzrə Elza xanıma 11 imza
vərəqi təqdim edib. Elza xanım həmin imza vərəqələrini bizdən götürüb və
550 imza ilə birlikdə Dairə Seçki Komissiyasına qaytarıb”.
S.Təhməzov
qeyd edib ki, hazırda bəstəkarın imzaları Dairə Seçki Komissiyasının
işçi qurupu tərəfindən yoxlanır: "Sənədlərə baxılır. İşçi qrupu sonda nə
qərar verəcək, onu deyə bilmərəm”.