İŞİD kürdlərin paytaxtına hücuma keçdi
İŞİD terror qruplaşması Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbilə hücuma keçib.
ANS PRESS-in məlumatına görə, İŞİD hücumlarının qarşısını almaq üçün koalisiya qüvvələrinin aviasiyası köməyə gəlib. Koalisiya təyyarələri İŞİD mövqelərini bombalayıb. Peşmerge qüvvələrinin genaralı Məhəmməd Ramazan verdiyi açıqlamada bildirib ki, İŞİD-in hücumlarının qarşısını alan zaman 2 kürd yaraqlısı yaralanıb.
Hazırda Ərbil yaxınlığında şiddətli döyüşlərin getdiyi bildirilir.
Qeyd edək ki, İŞİD-in əlində olan Mosulun Güver mahalı Ərbildən 40 kilometr məsafədə yerləşir.
Bu arada kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İraqda yaşayan xristianları milad bayramı münasibəti ilə təbrik edib. Bərzani təbrik məktubunda xristianlardan İraqı tərk etməməyi istəyib. Onlara terrorçulara qarşı birgə mübarizə aparmağı təklif edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR