Xocalı aeroportunun istismarının qarşısını almaq üçün leqal metodlar mövcuddur.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza bildirib.
Brayza Ermənistanın Azərbaycanın işğal edilmiş ərazisində aeroport açmaq planını şərh edərkən deyib ki , Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir: "Şübhəsiz ki, işğal altında olan ərazilərdə aeroport açılması məsələsi Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyi artıra bilər. Lakin bu məsələni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər problemlər kimi, ATƏT-in Minsk qrupu çərçivəsində həll etmək mümkündür. Mən bu barədə ABŞ-ın Azərbaycandakı səfiri və Minsk qrupunun həmsədri olarkən danışmışam".
Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin hazırlanması məsələsinə toxunan Brayza bildirib ki, bu, məntiqi addımdır, çünki Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur:"Lakin digər tərəfdən sual yaranır ki, bu qərar ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın imicinə necə təsir edəcək".
Onun sözlərinə görə, ən əsası, hər şey şəffaf olmalıdır və həmsədr ölkələrin hamısı Rusiya ilə Ermənistan arasında nə baş verməsindən xəbərdar olmalıdır.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR