Millət vəkilləri Fazil Mustafanın evində - Foto
Millət vəkilləri Mahir Abbaszadə, Məşhur Məmmədov və Elnur Allahverdiyev terrora məruz qalmış Fazil Mustafayla görüşüblər.
Miq.az xəbər verir ki, bu barədə Mahir Abbaszadə öz Feysbuk hesabında məlumat yayıb.
O, həmkarının səhhətinin yaxşılaşdığını bilidirib.
Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafa martın 28-də saat 21:51 radələrində evinin önündə silahlı hucuma məruz qalıb. İki güllə yarası alan deputat xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Aparılan əməliyyat nəticəsində F.Mustafaya sui-qəsddə şübhəli bilinən 6 nəfər saxlanılıb.
Hazırda istintaq aparılır.