Moskva İranı iyunda bu təşkilata üzv edəcək

Moskva İranı iyunda bu təşkilata üzv edəcək
Ümid edirik ki, dövlət başçıları iyun ayında Astanada İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvü kimi qoşulması imkanı haqqında məsələyə baxa biləcəklər.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Astanada ŞƏT-in xarici işlər nazirləri şurasının iclasında deyib.
BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvini xatırladan Lavrov bildirb ki, indi İranın ŞƏT-ə qoşulması üzvlük meyarlarına tamamilə uyğundur.
Görüş ŞƏT-in dövlət başçılarının iyun sammiti üçün son hazırlıq mərhələsi daşıyır.
Qeyd edək ki,ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda 5 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Monqolustan, Hindistan, Pakistan, İran, Əfqanıstan və Belarus ŞƏT-də müşahidəçi, Şri-Lanka, Türkiyə, Azərbaycan, Ermənistan, Kamboca və Nepal isə dialoq üzrə tərəfdaş statusuna sahibdir.
2015-ci il iyulun 10-da ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az