Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava

Moskvada azərbaycanlıların iştirakı ilə kütləvi dava

Moskva polisi Rusiya paytaxtındakı Çeremuşinski bazarında mühafizəçilər və azərbaycanlılar arasında atəş açılmasıyla baş verən dava-dalaş faktı üzrə cinayət işi açıb.

TASS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Faktla bağlı cinayət işi açılıb və hadisəni törədənlərin tapılması məqsədilə tədbirlər həyata keçirilir. Polis bölməsinə aparılan vətəndaşların qeyri-qanuni fəaliyyətdə əlinin olub-olmadığı araşdırılır", - mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, Çeremuşinski bazarında mühafizəçilər və azərbaycanlılar arasında dava dünən axşam baş verib. Bazarın sahibinin verdiyi ifadəyə görə, mühafizəçilər onlarla satıcını bazar ərazisindən çıxarmağa çalışıb. Qarşıdurma zamanı iştirakçılardan biri rəqibini travmatik silahdan açdığı atəşlə yaralayıb, xəsarət alan şəxs tibb müəssisəsinə göndərilib. Münaqişə iştirakçıları saxlanılıb. Bundan əlavə, məsələni araşdırmaq və aydınlaşdırmaq məqsədilə Çeremuşinski bazarının direkotoru da polis bölməsinə aparılıb.("Report")

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az