Milyarderlər Söyün Sadıqovdan niyə imtina etmədi?
Elşad Abdullayev və onun "Saxta mandat" teleserialı ölkə gündəminin əsas ana xəbər başlığı olsa da, azərbaycanlı milyarderlərin Söyün Sadıqovla birlikdə fəaliyyətləri ilə bağlı məlumatları gündəmdən çıxara bilmədi.
"Vətəninfo.az"-a mötəbər mənbələrdən daxil olan məlumata görə, bu günlərdə Prezident Administrasiyasından bir neçə şəxs Rusiya Federasiyasının paytaxtı Moskvaya gedib. Məlumatda deyilir ki, Moskvaya bu şəxslərin getməsinə səbəb hələ də Söyün Sadıqovla yaxın olan bəzi milyarderlərlə görüşmək olub.
Məlumata görə, milyarderlərlə görüşdə Mirəşrəf Fətiyev də iştirak edib. Təqribən 4-5 saat davam edən görüşdən Azərbaycandan gedən nümayəndələr mövqelərini bildiriblər və bu şəxslərin Söyün Sadıqovdan tamamilə uzaqlaşması məsləhət olunub.
Uzun sürən müzakirələrin sonunda milyarderlər, Azərbaycandan gələn şəxslərin istədikləri ilə razılaşmayıblar və S.Sadıqovun yanında sonadək olacaqlarını bildiriblər.
Mənbənin sözlərinə görə, sabiq baş nazirin müavini, hazırda əsas biznesi Rusiya Federasiya ərazisində olan Abbas Abbasovun son verdiyi müsahibə belə milyarderlərin Sadıqovdan ayrılmasına kömək etməyib. Mirəşrəf Fətiyev isə milyarderlərin bu mövqeyi qarşısında sadəcə olaraq susmağı üstün tutub.
Kənan
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR