Mosulda İŞİD-in əsas snayperi qətlə yetirilib

Mosulda İŞİD-in əsas snayperi qətlə yetirilib

Mosulda İŞİD-in baş snayperi öldürülüb

İraq federal polisi İŞİD terror qruplaşmasının baş snayperinin öldürüldüyünü xəbər verib.

Bu barədə "Əl-Məyadin" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda onun Rusiya əsilli olduğu qeyd olunur. Məhv edilmiş döyüşçü terror təşkilatı üçün snayperlər hazırlayırmış.
Xatırladaq ki, bundan əvvəl İraq hərbçiləri İŞİD-in Əbu Hədcir ər-Rusi ləqəbli əsas snayperlərindən birini zərərsizləşdirdiklərini bildirmişdilər. Onlar snayperin hansı ölkənin vətəndaşı olduğunu açıqlamamışdılar. Lakin həmin şəxsin Rusiya əsilli olduğu qeyd edilirdi.
Hər iki terrorçu hökumət qüvvələrinin Mosulun qərb yaşayış məntəqəsinin azad edilməsi əməliyyatı zamanı məhv edilib./"Report"/   

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az