Lənkəranda müəllimə əri tərəfindən öldürüldü - TƏFƏRRRÜAT (YENİLƏNDİ)

Lənkəranda  müəllimə əri tərəfindən öldürüldü - TƏFƏRRRÜAT (YENİLƏNDİ)
Səpnəkəran kənd sakini Maygül Əliyevanın öldürülməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə M.Əliyeva həyat yoldaşı tərəfindən öldürülüb: "Onun bir qızı, bir oğlu var. Qızı ailə qurub, oğlu "texnikum”da oxuyur. Hadisəni də ilk dəfə oğlu görüb. Günorta məktəbdən gələndə anasını qanlar içərisində görüb. Atası balta ilə başını kəsib”.
Sakinlər hadisənin qısqanclıq zəminində törədildiyini deyib: "M.Əliyeva ibtidai sinif müəlliməsi idi, çox alivcənab qadın idi, uzun illərdir ailələlidirlər. Yoldaşı qohumlarıdır”.
***
Lənkəranda qətl hadisəsi törədilib.

Miq.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.
Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.
Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az