Müsahibə zamanı İlham Əliyevin gözləri doldu - VİDEO

Müsahibə zamanı İlham Əliyevin gözləri doldu - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən torpaqlara ziyarəti barədə bəhs edərkən gözləri dolub.

Ölkə başçısı bildirib ki, Qarabağa gedərkən Mehriban xanım Əliyeva ilə birlikdə yolda qeydə aldıqları videoçəkilişləri ilk növbədə o bölgədə yaşayan azərbaycanlılar üçün ediblər.

"Onlar 30 il həsrət içində idilər. Və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimizlə onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər. Nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”, - deyə İlham Əliyev kövrələrək bildirib.

Onun sözləri jurnalisti də təsirləndirib.

Ətraflı "Haber Global”ın videosunda:
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az