Aprelin 7-də saxlanılan Müsavat partiyası Gənclər Təşkilatının iki üzvündən biri Elnur Əsgərliyə 11 sutka həbs verildiyi,adının çəkilməsini istəməyən digər partiya üzvü isə 51 manat cərimə olunaraq sərbəst buraxılıb. “vətəninfo.az”ın Azadlıq Radiosuna istinadən verdiyi məlumata görə, bunu Müsavatın başqan müavini Gülağa Aslanlı bildirib.Məlumatda deyilir ki, Elnur Əsgərli səhər saatlarında Binəqədi rayonu ərazisində İctimai Palatanın 8 aprel mitinqi ilə bağlı vərəqə paylayarkən saxlanılıb.Partiyanın Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlının sözlərinə görə, polisdə onlara 8 aprel mitinqinin icazəli aksiya olmasından xəbərsiz olduqlarını deyiblər.
Binəqədi polis idarəsi məlumatı təsdiqləmir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə AzadlıqRadiosuna deyiblər ki, məlumatı dəqiqləşdirməyə çalışırlar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR