“Müsbət dəyişikliklərin açarı Vaşinqtondadır” – Həsən Ruhani

“Müsbət dəyişikliklərin açarı Vaşinqtondadır” – Həsən Ruhani
Vaşinqton İran əleyhinə sanksiyaları qaldırmadan ABŞ və İran arasında münasibətlərdə müsbət dəyişiklik olmayacaq.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani deyib.
"ABŞ sanksiyalardan imtina etmədikcə və seçdiyi yalnış yoldan vaz keçmədikcə, biz heç bir müsbət dəyişiklik görməyəcəyik. Müsbət dəyişikliklərin açarı Vaşinqtondadır”, – deyə İran Pezidenti bildirib.
Həsən Ruhani eyni zamanda Qərbin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyi ilə bağlı verdiyi açıqlamalarına münasibət bildirərək qeyd edib ki, Tehran nüvə silahı əldə etmək niyyətində deyil.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az