NASA işçi axtarır - Maaş 187 milyon dollar

NASA işçi axtarır - Maaş 187 milyon dollar
NASA dünyanı yadplanetlilərin bioloji istilasından qorumaq üçün "planetlərarası mühafizə işçisi” axtarır.

Miq.az-ın Qafqazinfo-ya istinadən xəbər verir ki, bu iş üçün təklif edilən maaş 187 milyon dollardır.

Planetlərarası mühafizə işçisinin vəzifəsi planetləri kosmosdan gələn təbii və bioloji təhlükələrdən qorumaq olacaq. Eyni zamanda, kosmik kəşflər zamanı digər planetlərin zərər görməsinin qarşısını almalıdır.

Müraciət edəcək namizədlər Amerika Birləşmiş Ştatları vətəndaşı olmalı, ən az bir il dövlət məmuru olmalı və yüksək səviyyədə fizika, riyaziyyat, mühəndislik və planetlərarası qoruma məlumatlarına malik olmalıdır.

Müraciət üçün son tarix 14 avqustdur. Yuxarıda qeyd edilən şərtlərə malik namizəd tapılmazsa ABŞ vətəndaşı olmayan namizədlərin də müraciətləri nəzərə alınacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az