Bu müşahidə 20 faiz torpağını itirmiş ölkə üçün normal haldır. Əgər sülh istəyirsənsə, həmişə müharibəyə hazır olmalısan.
Bu sözləri “Veteninfo.az”a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Azərbaycanın müharibəyə hazırlaşması ilə bağlı yayılan xəbəri şərh edərkən bildirib.
“Nəzərə alın ki, regionda Azərbaycan üçün çox həssas vəziyyət yaranıb. Bu il Azərbaycanda prezident seçkiləri ilidir və bununla bağlı xeyli qeyri-müəyyənliklər mövcuddur. Bu hadisədən istifadə edib ölkəmizə qarşı müxtəlif yöndə təxribatlar törədilə bilər və bu, gözləniləndir. Bu təxribatlardan biri də Dağlıq Qarabağ cəbhəsində vəziyyətin süni gərginləşdirilməsi ola bilər”,-deyən politoloq qeyd edib.
Politoloq başqa tərəfdən, Azərbaycanın da özlüyündə daxili ictimai-siyasi və qlobal və geosiyasi vəziyyətdən asılı olaraq lokal hərbi əməliyyatlara başlama ehtimalını irəli sürüb: ”Ancaq bu, az ehtimal olunandır. O baxımdan, Azərbaycanın hərbi təyyarələrinin intensiv uçuşu həm təlim, həm də kəşfiyyat, həm də psixoloji təzyiq vasitəsi olaraq həyata keçirilir. Aydındır ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, havada da Ermənistandan müqayisə olunmaz dərəcədə üstündür”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR