Qara dənizdə təlimdə olan NATO gəmiləri akvatoriyanı tərk edib. Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, alyansın hərbi gəmiləri Bosfor boğazını keçərək Aralıq dənizinə çıxıb. Martın 20-də NATO-nun hərbi-dəniz komandanlığı alyansın İkinci daimi dəniz qruplaşmasının (SNMG2) Rumıniya Hərbi Dəniz Qüvvələri ilə birgə keçirdiyi təlimləri başa vurduğunu və daimi patrul yerinə - Aralıq dənizinə qayıdacağını bildirmişdi. Xatırladaq ki, martın 3-4-də NATO-nun 5 hərbi gəmisi - Vicksburg raket kreyseri, Kanadanın Fredericton, Türkiyənin Turgutreis, İtaliyanın Aliseo və Almaniyanın Spessart gəmiləri Qara dəniz akvatoriyasına daxil olmuşdu. Bu gəmilər Bolqarıstanın Varna limanına da yan almışdılar. Daha sonra NATO gəmiləri Rumıniyanın Konstantsa limanına gəliblər. Burada onların təliminə Rumıniyanın Marasesti freqatı, iki raket daşıyan kater, 3 MİQ-21 hərbi təyyarəsi də qoşulub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR