ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin Azərbaycana səfəri başa çatıb.
Vətəninfo.az saytına ABŞ səfirliyindən bildirilib ki, Ketlin Hiksin səfərinin məqsədi ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığı dərinləşdirməkdən ibarət olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanım Hiks təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr, o cümlədən terrorizmlə mübarizə üzrə əməkdaşlıq, enerji təhlükəsizliyinin inkişaf etdirilməsi, hava yolu ilə yük daşımaları və dəniz yolu ilə nəqliyyat əməliyyatları haqqında müzakirələr aparıblar.
Xanım Hiks Əfqanıstanda ABŞ və Koalisiya qüvvələrinin apardıqları əməliyyatlara dəstəyinə görə Azərbaycana dərin minnətdarlığını bildirib və hər iki tərəf 2014-cü ildə qüvvələrin çıxarılmasından sonra Əfqanıstana edəcəkləri köməklə bağlı öhdəliklərini təsdiq ediblər.
Bundan başqa, xanım Hiks Azərbaycanın müdafiə, xarici işlər və milli təhlükəsizlik nazirləri ilə görüşüb, ABŞ-Azərbaycan əməkdaşlığını gələcəkdə gücləndirmək üçün təşəbbüsləri müzakirə edib.
Hiks, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni, ən müasir tələblərə cavab verən yükdaşıma fəaliyyətləri və avadanlıqları ilə tanış olub.
Rəqsanə Yusifzadə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR