Son vaxtlar ərəb şeyxlərinin Azərbaycanda ov etməsi az qala ənənə halını alıb. Məlum olduğu kimi, onlar ölkəmizə adətən tərlan (qızılquş) ovu üçün gəlirlər. Lakin zəngin ərəb şeyxlərinin budəfəki gəlişinin səbəbi balıq ovudur. Onların məhz bu səbəbdən Saatlını seçdikləri, şəhərin mərkəzində 12 min manatlıq ev kirayələdikləri qeyd olunur.
Modern.az saytının əməkdaşı məsləyə aydınlıq gətirmək üçün Saatlıya yollanıb. Əməkdaşımızın apardığı kiçik araşdırmadan bəlli olub ki, sən demə ərəblər heç bir rəsmi icazə olmadan Azərbaycan ərazisində qanunsuz ovçuluqla məşğuldurlar.
Bununla bağlı Ekologiya Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, həmin şəxslərə ov etmələri üçün nazirlik tərəfindən heç bir lisenziya verilməyib. Məsələ ilə bağlı Nazirliyin əməkdaşları yerində araşdırmalara başlayıb.
Vətəninfo.az
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”