Netanyahu müsəlmanları "vəhşi heyvan" adlandırdı

Netanyahu müsəlmanları
İsrail baş naziri Binyamin Netanyahu fələstinlilər və digər qonşu ərəb ölkələrin vətəndaşlarının bu ölkəyə qanunsuz şəkildə daxil olmasının qarşısını almaq məqsədilə ölkənin bütün quru sərhədlərini hasarlamaq niyyətindədir.

Bu barədə AzVision.az "The Guardian"-a istinadən xəbər verib.
"Biz qonşuluqda olan vəhşi heyvanlardan özümüzü qorumalıyıq. Mənim planıma əsasən son nəticədə İsrail bütün tərəflərdən təhlükəsiz hasarla əhatələnəcək”, - deyə Netanyahu bildirib. 
İsrail baş nazirinin sözlərinə görə, milyardlarla şekel qiymətində olan layihə yeraltı tunellər vasitəsilə ölkəyə daxil olan HƏMAS yaraqlıları problemini də həll edəcək. 

Netanyahunun bu təklifini ölkənin təhsil naziri Naftali Bennet sərt şəkildə tənqid edib. 
Qeyd edək ki, 2013-cü ildə İsrail Sinay yarımadası (Misir) ilə sərhəddə beş metrlik divar tikintisini yekunlaşdırıb. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az