Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə parlamentin bugünkü iclasında iki məsələ haqqında danışıb.
Teleqraf.com-un məlumatına görə, millət vəkili öncə Nigar Yaqublunun həbs edilməsinə etirazını ifadə edib: “Biz, bir neçə deputat Sumqayıt və Abşeron məhkəməsinə müraciət edərək Nigar Yaqublu haqda həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş etdik. Ancaq təəssüflər olsun ki, buna əməl edilmədi, məhkəmə adekvat reaksiya vermədi. Heç bir ölkədə bu cinayətə görə, qadını həbs etmirlər. Mən buna təəssüf edirəm”.
İ.Ağazadə daha sonra 18 Oktyabr müstəqillik bayramı haqqında danışaraq bu günün iş günü kimi qeyd edilməsini pisləyib və bu haqda düşünməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 28 May Respublika Gününün qeyd edilməsi 18 Oktyabr Müstəqillik Gününün iş günü olmasına səbəb ola bilməz.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR