Oktyabrın 10-da ürək çatışmazlığından dünyasını dəyişən xalq artisti Nuriyyə Əhmədovanın yas mərasiminin keçirilməsi üçün ailə üzvlərinin pul tapa bilməməsi xəbərinə Mədəniyyət və Turizm Nazirliyindən reaksiya gəlib.
Vətəninfo.az-ın məlumatına görə, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Ölkə.az-a açıqlamasında bildirib ki, məsələ nazir Əbülfəs Qarayevin nəzarətindədir:
"Məsələ ilə bağlı cənab nazirin tapşırığına əsasən "Azərbaycanfilm" kinostudiyası tərəfindən Nuriyyə xanımın ailəsinə maddi kömək göstəriləcək. Bir daha onun yaxınlarına, pərəstişkarlarına başsağlığı verir, Nuriyyə xanıma Allahdan rəhmət diləyirik".
Qeyd edək ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov sosial şəbəkədə yazmışdı:
"Çox
acınacaqlı vəziyyət yaranıb. Xalq artistinin yasını etmək üçün pul
yoxdur. Axı, yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil.
Niyə, axı, bu cür münasibət? Allah kömək olsun. İnşallah, yardım edən
tapılar”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL