“Nuriyyə Əhmədovanın yas mərasimi üçün pul tapılmır”
Aktyor Elnur Kərimov xalq artisti Nuriyyə Əhmədovanın iki gün
sonra keçiriləcək yas mərasimindən dolayı ailə üzvlərinin çətin
vəziyyətdə olduğunu bildirib.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına
görə, aktyor sosial şəbəkədə xalq artistinin yaxınlarının bunun üçün
lazımi qədər vəsait toplaya bilmədiklərini yazıb:
"Aldığım
məlumata görə, xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək
üçün ailə üzvləri pul tapmır. Çox acınacaqlı vəziyyət yaranıb. Axı, yas
mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Niyə, axı, bu cür
münasibət? Allah kömək olsun. İnşallah, yardım edən tapılar”.
Xatırladaq ki, Nuriyyə Əhmədova oktyabrın 10-da ürək çatışmazlığından dünyasını dəyişib.