"O silləni yedim..."
Müğənni İradə İbrahimova ailə həyatı ilə bağlı maraqlı etiraflar edib.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, sənətçi "Zərif qəhrəman” verilişində qarşılaşdığı problemlərdən söz açıb:
"Ailə
qurub Türkiyəyə gedəndə böyük risk etdim. Nümunəvi ailəm olsun deyə
çalışıram. Övladım böyüyür. Onun məktəbdə edəcəyi hər hərəkət atasının
və anasının mədəniyyətidir. Hər şeyə çox həssas yanaşıram. Mən hamıya
örnək olmaq istəyirəm. Hər şeyin öhdəsindən rahat gəlmək mümkün deyil.
Sadəcə həyat yoldaşımın məsuliyyətini daşımıram. Qayınanamı, qayınatamı,
baldızımı və onun qohumlarını hər addımda nəzərə alıram. Qarşımdakı
insanları çox düşünürəm. Yeni ailə quranda baldızımın yoldaşı ilə
problemlər yaşadım. Müğənniyəm, ailəyə gəlin gəldim, önə çıxdım, hamı
ətrafımda fırlanırdı. O da bundan incidi. Bu da onun mənə qarşı
hərəkətlərində əks edilirdi. Oturub ağlayırdım. Qayınanama şikayət
edirdim. Baldızım dedi ki, heç kim səni sevmək məcburiyyətində deyil.
Ondan səni sevməsini gözləmə. O silləni yedim. Dedim, özünə gəl İradə.
Mən diqqətə, əl üstündə gəzməyə öyrəşmişdim. Məni orda tutan yoldaşım,
dəstəyi və onun hörmətidir”.
İ.İbrahimova bədxərcliyindən də bəhs edib:
"Qadının
öz pulu olmalıdır. Əvvəl yoldaşımın bir aylıq maaşını bir çantaya
verirdim. Bədxərc idim. Pulumun sayını bilməzdim. Mən azadlığa
öyrəşmişdim. Pulu çantama qoyur, istədiyimə xərcləyirdim. Amma sonradan
öyrəndim, özümü yığışdırdım. Pulu bölüb xərcləməyi öyrəndim”.