Ordumuz erməni komandiri məhv etdi - Rıbar TK

Ordumuz erməni komandiri məhv etdi - Rıbar TK
Ötən gün Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ordumuzun əsgərinin yaralanmasına cavab atəşi nəticəsində məhv edilən 3 erməni hərbçidən biri zabitdir.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın "Rıbar” hərbi Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun 28 sentyabr Kəlbəcər rayonu istiqamətində Ermənistan ordusunun təxribatını uğurla dəf etdiyi zaman məhv edilən 3 erməni hərbçisindən biri həmin istiqamətdə dislokasiya olunmuş erməni batalyonunun komandiri imiş.

"Rıbar”ın bu məlumatını Ermənistanlı siyasi fəal Mika Badalyan da öz səhifəsində bölüşüb.

Qeyd edək ki, Ermənistan MN 3 hərbçisinin məhv edildiyini açıqlasa da, onların adını və rütbəsini elan etməyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az