Oğru öz qohumu çıxdı
Saatlı rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsi saxlayıblar. Saatlının Heydərabad kənd sakini Fail İbrahim oğlu İbişov rayon polis şöbəsinə özünəməxsus iribuynuzlu heyvanın oğurlanması barədə məlumat verib.
Miq.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, daxil olan məlumat əsasında polis əməkdaşları dərhal axtarış əməliyyat tədbirlərinə başlayıb. Çox keçmədən hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, hadisəni ev sahiblərinin yaxın qohumu Mərhəmət Əlövsət oğlu Mehdiyev törədib. Saxlanılan şəxs isə törətdiyi əməlindən peşimançılığını ifadə edib.
"O, fikirnən getməmişdim. Getdim piyan idim. İçkili halda getdim törətdim. Peşmanam əməlimdən", - deyə saxlanılan şəxs Mərhəmət Mehdiyev bildirib.
Faktla bağlı araşdırma aparılır. Təqsirləndirilən şəxsin digər oğurluq faktlarında iştirakının olub olmaması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Miq.az