Pakistan hava məkanını Hindistan üçün bağlayır

Pakistan hava məkanını Hindistan üçün bağlayır
Pakistanın baş naziri İmran Xan Hindistan üçün hava məkanının tam olaraq bağlanması məsələsini nəzərdən keçirir.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin elm və texnologiyalar üzrə federal naziri Favad Çoudxuri "Twitter” mikrobloqunda yazıb.
Bundan əlavə, Nazirlər Kabinetinin iclasında Hindistanın Əfqanıstanla ticarəti üçün Pakistanın quru marşrutlarından istifadəsinə tam qadağa qoymaq təklif olunub.
"Bu qərarların hüquqi rəsmiliyi baxılma mərhələsindədir…(Hindistanın baş naziri Narendra – red.) Modi başladı, biz bitirəcəyik!”, – deyə Çoudxuri bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az