“Vətəninfo.az”a partiyalara edilən maliyyə dəstəyi haqqında danışan YAP təmsilçisi, deputat Aydın Mirzəzadə bunları bildirdi:
“Partiyalara maliyyə yardımı Parlamentdə təmsilçiliyə görə verilir. Qanunda göstərildiyi kimi partiyalar deputatlarının sayına görə bu yardımı alır. Partiyalar öz maliyyə məsələlərini ilk öncə üzvlük haqqından həll edir. Dövlət tərəfindən maliyyə yardımı əlavə vəsait kimi götürülür. Bu gün bir deputat yeri olan partiya belə 1 il erzində 100 000 manatdan çox maliyyə yardım ala bilir. Bu 1 aya 10 000 manat deməkdir. Baxmayaraq ki, Yeni Azərbaycan Partiyasının 70-dan çox deputatı var. Lakin bu gün YAP 1 deputatı olan partiyadan cəmi 10 dəfə çox maliyyə yardımı ala bilir. Əgər deputatların sayı artarsa, o zaman maliyyə yardımının miqdarı da çox olar. Əsas diqqəti dövlətdən alınan yardıma deyil, əsas diqqəti cəmiyyətdə işlərin aparılmasına, sponsorların tapılmasına, üzvülük haqqının toplanmasına ayırmaq lazımdır. Bir sözlə dövlətdən alınan yardım həm siyasi partiya sisteminin möhkəmlənməsinə, partiyaların maddi durumunun yaxşılaşdırılmasına xidmət edəcək. Vəsaitin bölünməsi isə qanunda göstərildiyi kimi həyata keçiriləcək”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR