“Piter Elçin” və güllələnən qardaşının görüntüləri yayıldı - FOTO

“Piter Elçin” və güllələnən qardaşının görüntüləri yayıldı - FOTO
Masallı rayonunun Türkoba kəndində odlu silahla qətlə yetirilən Fariz İsmayılov və onun qardaşı "Piter Elçin" kimi tanınan Elçin İsmayılovun görüntüləri yayılıb.

Miq.az  "Report"a istinadən həmin görüntələri təqdim edir.
Qeyd edək ki, F.İsmayılovun ölümü ilə nəticələnən silahlı insidentlə bağlı bu gün Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumatda bildirilib ki, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib.
O, könüllü Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.
ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az