Mövzu ilə bağlı Vətəninfo.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, əvvəla terrorçularla danışıqlar aparmaq heç bir dövlət adına şərəf gətirəcək bir şey deyil. Dövlətin terroçularla danışıqlar və bazarlıqlar etməsi hakimiyyətin bu bəla qarşısında aciz qaldığını göstərir. Ona görə də AKP hakimiyyəti terroçubaşı ilə danışıqlara başlamamışdan öncə acizliyini etiraf etsəydi daha səmimi olardı. Terrorçubaşı ilə danışıqlar isə heç bir müsbət nəticə verməyəcək. Çünki bu gün PKK terroru vahid mərkəzdən idarə olunmur. PKK bir neçə qola ayrılıb ki, hər birisi də müxtəlif çevrə ölkələri tərəfindən maliyyələşdirilir, idarə olunur. Bu gün terrorçubaşı Öcalan kimə hökm edəcək ki? İsrailəmi, Suriyayamı, İranamı, İraqamı, yoxsa, bəzi Avropa ölkələrinəmi? Bu siyahını bir az da uzatmaq olar. Acınacaqlı vəziyyət göz qabağında ola ola, AKP hakimiyyətinin Türkiyə adına sayqısız davranışı nəyə əsaslanır, anlamaq olmur. Ola bilsin növbəti dəfə çoxmilyonlu kürd elektoratının rəyini manipulyasiya etmək üçün uğursuz cəhd edilir. Çünki bu cür şərəfsiz danışıqlar nəticəsi əvvəlcədən bəlli olan danışıqlar silsiləsindəndir. Nəticə isə həmişəki kimi xəyal qırıqlığı olacaq.
Rəqsanə Yusifzadə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR