«İran belə təkliflərlə bir neçə dəfə çıxış edib. Bir dəfə də bu addım 1992-ci ildə atılıb. Azərbaycan tərəfi İranın bu təklifini qəbul etmək niyyətində idi. O zaman ermənilər hücuma keçdilər. Şuşanın və Laçının işğalı da həmin dövrə təsadüf etdi».
Bunu «Vətəninfo.az» saytına açıqlamasında Politoloq Elman Nəsirov İranın Azərbayzandakı səfirinin İranın vasitəçilik etməsi istəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib: «İranın vasitəçilik təşəbbüsünün nəticələri belə sonluqla bitdi. Ona görə hesab edirəm ki, bu, öz-özlüyndə nə qədər müsbət hadisə olsa da, İranın Ermənistanla xüsusi müasibətləri fonunda arzuolunan deyil. Ermənistan yürütdüyü siyasətə görə blokada vəziyyətindədir. Bu dövlətin İranla 35 kilometrik sərhədi var və bunun hesabına Ermənistan blokadanın yaratdığı ağır vəziyyəti bir qədər yüngülləşdirə bilir. Ermənistanla İran arasında artan iqtisadi əlaqələr var. Bu yaxınlarda Araz çayı üzərində Su Elektirik Stansiyasının tikilməsi ilə bağlı yeni layihənin əsasını qoydular. Eyni zamanda hərbi sahədə əməkdaşlıq inkişaf tempinə malikdir. Bu reallıqları nəzərə alsaq indiki halda bu təklifin reallaşması üçün münbit şərait yoxdur. İran Pakistan kimi hərəkət edərdisə bu təklifə müsbət yanaşmaq olardı. Halbuki Pakistanla müqayisədə İranla Azərbaycan arasında daha sıx bağlılıq var».
Firudin
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?