Prezident oğlanları məşqçilərinə “Porshe” hədiyyə etdi

Prezident oğlanları məşqçilərinə “Porshe” hədiyyə etdi
Çeçenistan prezidenti Ramzan Kadırovun uşaqları məşqçilərinə bahalı maşın hədiyyə edib. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məşqçi Əbdül Kərim – Edilov özü məlumat verib. Kadırovun 9 və 11 yaşlı oğlanları Əhməd, Əli və Adəmin döyüş üzrə müəllimləri, təkbətək döyüş kompleksi üzrə dünya çempionuna hədiyyəsi "Porsche” markalı avtomobil olub. Dəyəri 10 milyon rubl (təxminən 266 000 AZN) olan hədiyyə məşqçinin ad günü münasibətilə verilib. 

"Mən bilirəm ki, mən heç bir halda bu hədiyyəyə layiq deyiləm. Mənim üçün Əhməd, Əli və Adəmin həyatımda olması, elə, ən böyük hədiyyədir”, -deyə Edilov bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az