Bakıda keçirilən ilk Avropa Oyunlarında təşkilatçılığın səviyyəsi Olimpiya standartlarına tam uyğun idi.
Bu sözləri TASS agentliyində birinci Avropa Oyunlarının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.
A.Jukov Avropa Oyunlarında ümumi komanda hesabında qələbə qazanan Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında da uğurla iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Mətbuat konfransında çıxış edən Rusiya Prezidentinin köməkçisi, Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməsindən danışıb. Hələ Oyunlar başlamazdan xeyli əvvəl hazırlığın gedişi ilə tanış olmaq üçün Bakıya getdiyini qeyd edən İ.Levitin bildirib ki, Rusiya tərəfi yüksək peşəkarlıqla çalışan Təşkilat Komitəsi ilə daim qarşılıqlı fəaliyyətdə olub. İ.Levitin deyib: “Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçdi. Açılış və bağlanış mərasimləri də yüksək səviyyədə təşkil olunmuşdu”. O vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin Oyunların təşkilatçılığını yüksək qiymətləndirib.
Birinci Avropa Oyunlarında Rusiya nümayəndə heyətinin rəhbəri olmuş İqor Kazikov isə Azərbaycan xalqının qonaqpərvərliyindən danışıb. Bildirib ki, sadə insanların da Rusiya komandasına münasibətini sözlə ifadə etmək belə çətindir. Azərbaycan tamaşaçıları rusiyalı idmançılara həvəslə azarkeşlik edirdilər.
AZƏRTAC
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat