Novruz Məmmədov: "Beynəlxalq Mülki Aviasiya Təşkilatı bilir ki, bu yolverilməzdir "
“Ermənilərin Xocalı aeroportunu istifadəyə verməsi cəhdləri danışıqlar prosesinə mənfi təsir göstərir”. Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, bütün beynəlxalq ictimaiyyət, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı bilir ki, bu yolverilməzdir və Azərbaycanın ərazi bütövlüyünə ziddir: “Lakin onlar bununla bağlı hələ ki, qəti mövqe göstərmirlər”.
N.Məmmədov Azərbaycan hökumətinin bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə bəyan etdiyini xatırladıb: “Biz bu mövqeyimizdən heç vaxt geri çəkilməyəcəyik və Xocalı aeroportundan uçuşlara yol verilməyəcək”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR