ATƏT Parlament Assambleyasının iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq qətnamə layihəsində "dondurulmuş" münaqişələrin həlli ilə bağlı hissədə Moldova (Dnestryanı), Gürcüstan (Cənubi Osetiya, Abxaziya), Ukrayna ilə yanaşı, Azərbaycan (Dağlıq Qarabağ) məsələsi də əksini tapıb.
Vətəninfo.az xəbər verir ki, APA-nın ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın Siyasi Komitəsində müzakirə olunacaq qətnamə layihəsində isə “Cənubi Qafqazdakı münaqişələr” adlı hissə yer alıb.
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, müzakirələr zamanı münaqişənin Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzandığını xüsusi olaraq vurğulayacaqlar: “Dağlıq Qarabağ münaqişəsinin sənəddə yer almasına qarşı təkliflərin olması barədə bizdə məlumat var və qətnamə layihələrinin müzakirələri zamanı bu, aydın məlum olacaq. Bizim təklif etdiyimiz bənddə də bu məsələ açıq şəkildə qoyulub. Bilirsiniz ki, indi Avropada aktual mövzu daha çox Ukrayna məsələsidir. Amma paradoksal hal olar ki, bu gün Ukraynadakı vəziyyəti təhlükəli hesab edib, onu müzakirə edələr, amma Dağlıq Qarabağla bağlı susalar”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL