Çeçenistan prezidenti Ramzan Kadırov çeçen kişilərinə çağırış edib. Çeçen prezident bu barədə yerli telekanallardan birinin qonağı olarkən vətəndaşlarına xüsusilə gənclər tərəfindən ən çox istifadə edilən tətbiqlərdən biri olan Whatsapp-dan uzaq durmağı məsləhət görüb. O, ötən günlərdə mübahisəli nikah mərasimi haqqında məlumatın məhz “WhatsApp” vasitəsilə yayıldığını vurğulayaraq, kişilərə həyat yoldaşlarını bu tətbiqdən uzaq saxlamağa çağırıb.
“Ailə qüruru vacib bir amildir. Belə şeyləri WhatsApp vasitəsilə yayıb paylaşmayın. Kişilər öz qadınlarınızı WhatsApp-dan uzaq tutun və əsil çeçen kimi davranın”, – deyə R.Kadırov bildirib.
Çeçen lider bir neçə ay əvvəl isə həmyerlilərinə uşaqlarını bu tətbiqdən uzaq saxlamağı tapşırmışdı.
Qeyd edək ki, R.Kadırov bir müddət əvvəl Rusiya qanunlarına zidd olaraq əvvəllər evli olan polis rəisinin 17 yaşlı qızla evlənməsini dəstəkləmişdi. Şənbə günü 47 yaşlı polis rəisi Nazhud Qucigovla evləndiyi deyilən 17 yaşlı Xeda Qoylabiyevanı evdən qovmasına dair xəbər dolaşmağa başlamışdı. Ramzan Kadırov isə özünün şəxsi "İnstagram" hesabından cütlüyün fotosunu paylaşaraq belə bir post paylaşmışdı: "Qızın ailəsi bu evliliyə razılıq verib". (publika.az)
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR