Biz soyqırımla bağlı mövqelərinə görə Avrasiya İttifaqından olan müttəfiqlərimizə tələblər irəli sürməliyik, onlardan narazı qaldığımızı bildirməliyik və hətta onlarla danışıqları kəsməliyik”.
Bu sözləri Ermənistan Milli Məclisinin deputatı, keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan bildirib.
“Biz aprelin 24-də İrəvana gəlmədiyinə görə Obama və Merkeldən inciyirik, amma Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko da İrəvana gəlməyəcək” deyən Arzumanyan sonra əlavə edib: “Amma biz yaxın müttəfiq kimi Almaniya və ABŞ-ı deyil, məhz onları seçmişik”.
Keçmiş xarici işlər nazirinin fikrincə, Ermənistan bu ölkələrə qarşı öz tələblərini irəli sürə bilər və sürməlidir. O həmçinin xatırladıb ki, aprelin 24 ABŞ prezidentinin çıxışı məhz ənənəvi olub. Halbuki, Ermənistanın əsas müttəfiqi olan Rusiya tanınma barədə sənədi 20 il qabaq qəbul edib.
Yəqin ki, cənab Arzumanyana xatırlatmaq lazımdır ki, İrəvana Böyük Britaniya, Avstraliya, Avstriya liderləri də, hətta Burkina-Fasonun və çox sayda başqa ölkələrin təmsilçiləri gəlməyəcək. Onlar da ermənilərin soyqırımın yüzilliyi adlandırdığı ümumierməni əcinnə yığnağında iştirak etməyəcəklər.
ANS
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR