Fransanın paytaxtı Parisdə Charlie Hebdo jurnalının redaksiyasına edilən hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 10 nəfər isə yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır.
Vətəninfo.az Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl şəhər prokurorluğu 10 nəfərin həlak olduğu barədə məlumatı təsdiqləmişdi. AFP agentliyinin məlumatına görə isə, həlak olanların arasında iki nəfər polis əməkdaşı da var.
Şahidlərin sözlərinə görə hadisə avtomat silah və qumbaraatanlarla silahlanmış qara maskalı iki şəxs tərəfindən törədilib.
Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən nəzarətə götürülüb. İl-de-Frans paytaxt regionunda isə fövqəladə vəziyyət elan olunub.
Hadisə yerinə gələn Fransa Prezidenti Fransua Olland redaksiyaya edilən basqınla əlaqədar hökumətin təcili iclasını çağırıb. Baş verənləri “Fransaya qarşı terror aktı” adlandıran dövlət başçısı “Fransa respublikasının prinsiplərinə hücum edənlərin” tapılaraq cəzalandırılacağına söz verib.
Parisdə baş vermiş hadisəni qınayan Böyük Britaniyanın Baş naziri Devid Kemeron ölkəsinin Fransanın terrora qarşı mübarizəsini və söz azadlığını müdafiə səylərini dəstəklədiyini bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR