Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həll olunmaması Ermənistanın hazırkı mövqeyi ilə bağlıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda jurnalistlərə Türkiyənin keçmiş baş naziri Məsut Yılmaz bildirib.
Yılmazın fikrincə, hazırda zaman Azərbaycanın lehinə işləyir.
"Ermənistanın bu haqsız mövqeyini davam etdirməsi mümkün deyil. Sonunda ermənilər mütləq məğlub olacaqlar", - Türkiyənin keçmış baş naziri əlavə edib.
O, bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr yaxın keçmişdə Ermənistanın siyasəti səbəbindən kölgələndi, amma biz bunları aşdıq.
"İndi Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı əməkdaşlıqla əlaqələrimizin daha yüksək səviyyəyə çatmasına inanıram. Hər iki hökumət bu məsələdə qərarlıdır. Millətlərimiz arasındakı qardaşlıq, yaxın keçmişdəki tarixi əlaqələr hökumətlər arasında da bağlayıcı rol oynayır", - Yılmaz əlavə edib.
O, Azərbaycana sonuncu dəfə 1998-ci ildə gəldiyini və ötən 12 il ərzində Bakının tanınmaz dərəcədə dəyişdiyini bildirib.
"Azərbaycan xalqını bu inkişafla təqdir edirəm. Bütün Türkiyə bugünkü Azərbaycanla qürür duyur", - keçmiş baş nazir deyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR