"Vətəninfo.az"ın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov jurnalislərə açıqlamasında bildirib. YAP-çı millət vəkili müxalifəti tənqid edərək bildirib ki, prezidentliyə vahid namizədinin olacağı mümkün olmayacaq:
"Mən əvvəldən də demisdim ki, onların vahid namizəd məsələsi olmayacaq. Yəni bu, mümkün olan məsələ deyil. Çünki onların hər biri iddialıdır, daxili aləmində hakimiyyət hərisliyi var. Amma heç əziyyət çəkməyə ehtiyac yoxdur. İsa Qəmbərin və ya Əli Kərimlinin namizəd olub-olmaması cəmiyyətdə heç nəyi dəyişmir. Çünki onlar bütün seçkilərdə məğlub olublar, özü də biabırçı şəkildə. Misal üçün, onlar bələdiyyə seçkilərində namizədliklərini sınasalar, daha məqsədəuyğun olar, nəinki prezident seçkilərində", - S.Novruzov bildirib.
S.Novruzov müxalifət liderlərini nəzərdə tutaraq bildirib ki, onlar prezidentliyə namizədliklərini irəli sürsələr, növbəti bir şou göstərəcəklər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR