İvanişvili Ermənistanda ölçülü danışmaq məcburiyyətindədir.
Gürcüstan hökümətində hazırda siyasi koalisiya mövcuddur. Amma hələ də vahid komanda, vahid siyasət, məsələlərə yanaşmada müxtəlifliyi aradan qaldırmaq mümkün olmayıb.
Bu sözləri Veteninfo.az-a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Gürcüstanın indiki hakimiyyətinin Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyini şərh edərkən bildirdi.
“Xarici işlər naziri xanım Pançikidzenin Litvadakı Qarabağla bağlı açıqlaması normaldır və Gürcüstanın maraqlarına uyğun gəlir. Çünki Gürcüstanın da Azərbaycan kimi ərazi bütövlüyü pozulub və təbii olaraq münaqişələrin ərazi bütövlüyü prinsipi ilə həll olunmasında maraqlıdırlar. Xanım nazirin də açıqlaması bu yöndədir. Ancaq hökumət başçısı İvanişvilinin Ermənistana səfəri zamanı verdiyi açıqlama da başa düşüləndir. Çünki İvanişvili qonşu Ermənistanla münasibətləri pozmaqda maraqlı deyil”,-deyən politoloq onu da əlavə etdi ki, bu, münasibətlərin normal olmasında həm Rusiya, həm də Qərb maraqlıdır: "O baxımdan İvanişvili Ermənistanda ölçülü danışmaq məcburiyyətindədir. Bu cür ölçülü açıqlamara rəğmən Gürcüstan yenə də beynəlxalq təşkilatlar səviyyəsində yenə də ərazi bütövlüyü prinsipindan yana səs verəcəyi şübhəsizdir”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR