ƏLİ ORUCOV: "PARTİYALARIN YARADILMASI MƏSƏLƏSİ, TƏLƏB OLUNAN ÜZVLƏRİN SAYI DA MÖVCUD ŞƏRTLƏRƏ UYĞUN DEYİL"
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən mətbuata verilən məlumata görə, “Siyasi partiyalar haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Komitədən bildirilib ki, qanun layihəsinin ilkin variantı aprelin 10-da Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və eləcə də İnsan Hüquqları komitəsinin birgə iclasında müzakirə olunacaq. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov Vətəninfo.az"-a eksklüziv açıqlamasında bildirdi ki, bu qanunda çatışmayan xüsusatlar kifayət qədərdir. Onun sözlərinə görə, partiyaların dövlət büdcəsindən maliyyələşməsindən tutmuş bağlanmasına qədər bütün maddələr yarımçıqdır: "Maliyyələşmənin hansı kriteriyalarla həyata keçiriləcəyi hələ də dəqiqləşməyib. Partiyaların yaradılması məsələsi, tələb olunan üzvlərin sayı da mövcud şərtlərə uyğun deyil. Rusiyada 500 üzv tələb olunursa, Azərbaycanda bu 1000 nəfərdir və bu rəqəmi hələ artırmaq da istəyirlər. Qısası, mən bu qanundan pozitivlik gözləmirəm. Amma bunula belə hesab edirəm ki, Siyasi partiyalar haqqında qanunun qəbuluna ciddi ehtiyac var".
Rövşən Ziya
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR