ABŞ prezidenti Barak Obama Ağ evdə ənənəvi iftar ziyafəti təşkil edib.
Vətəninfo.az Anspress-ə istinadla xəbər verir ki, ziyafətdə konqresin müsəlman üzvləri, ABŞ müsəlman icmasının nümayəndələri, müsəlman ölkə səfirliklərinin diplomatik korpusu və s. iştirak ediblər. Ziyafətdə həmçinin hicablı olduğu üçün işdən çıxarılan Samanta Elaufun da iştirak etdiyi bildirilir.
İftar ziyafətində çıxış edən Obama Ramazan ayının müsəlmanlar üçün əhəmiyyətindən danışıb. Bu ayın fədakarlıq, səbr və intizam tələb etdiyini deyən ABŞ prezidenti, inancımız nə olursa-olsun, biz bir ailəyik – deyib.
“Bu ilin əvvəlində “Çapel Hill”də amerikalı 3 müsəlman qətlə yetirildiyi zaman bütün inanclara mənsub amerikalılar o insanların ətrafında toplaşdı. Bu gecə dualarımız “Mother Emanuel” kilsəsi ilə birlikdədir. Amerikalılar olaraq kim olduğu, nəyə oxşadığı, kimi sevdiyi, necə ibadət etdikləri səbəbindən heç kimin hədəf halına gəlməməsi üçün mübarizə aparırıq. Bu cür nifrət yaradan fəaliyyətlərə qarşıyıq”.
Obama həmçinin hicablı olduğu üçün işdən qovularaq məhkəməyə müraciət edən Samantanı da cəsarətinə görə təbrik edib:
“Samanta hamı kimi müsavi şərtlərə sahib olmaq üçün hicab geyinmək hüququnu qorumağa qərar vermişdi. Ali məhkəməyə qədər getdi ki, mən onun yaşında ikən belə bir şey eləyə bilməzdim. Samanta qazandı. Səninlə fəxr edirik Samnanta”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL