Bolqar preziden III Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək
Vətəninfo.az xəbər verir ki, Bolqarıstan Prezidenti Rosen Plevneliyev III Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün bu ilin aprel ayında Azərbaycana gələcək. Bu barədə razılıq R.Plevneliyevlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və Mərkəzin İdarə Heyətinin üzvü, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov arasında Sofiyada keçirilmiş görüşdə əldə olunub. Prezident R.Plevneliyev Mərkəzin dəvətini qəbul edərək Foruma qatılacağını bildirib.
III Açıq Cəmiyyətlər Forumu hazırlıq çərçivəsində keçirilmiş görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, xüsusilə də bu ilin aprelində Bakıda baş tutacaq III Açıq Cəmiyyətlər Forumuna dair geniş müzakirələr aparılıb. Mərkəzin Azərbaycanla Bolqarıstan arasında münasibətlərin inkişafına verə biləcəyi töhfələr barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, III Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci il aprel ayının 27-30-da Bakıda keçiriləcək. Tədbirdə 55 ölkədən 200-dək tanınmış ictimai və siyasi xadimlər, sabiq ölkə və hökumət rəhbərləri ilə yanaşı, hazırkı dövlət və hökumət başçılarının da iştirakı planlaşdırılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR