İyunun 26-da məlum olub ki, Rusiya Ermənistana müasir silah almaq üçün 200 milyon dollar məbləğində güzəştli kredit verəcək.
Bu barədə Ermənistan prezidenti Serj Sərkisyanla Rusiyanın nəqliyyat naziri, Ermənistan-Rusiya komissiyasının həmsədri Maksim Sokolovun rəhbərliyi ilə nümayəndə heyətinin İrəvan görüşündən sonra məlum olub.
“Saziş Ermənistan Silahlı Qüvvələrinin arsenalında müasir silahların çeşidinin xeyli genişləndirilməsinə imkan verəcək” - məlumatda deyilir.
Rusiyadakı qeyri-rəsmi mənbələrdən "Turan"a məlum olub ki, Moskva ilə İrəvan arasında hərbi-texniki əməkdaşlığın indiki mərhələsi hazırda regionda Azərbaycanın xeyrinə olan qüvvələr balansının bərabərləşdirilməsi məqsədilə kompleks təcili tədbirləri nəzərdə tutur.
Belə ki, strateji məsələləri effektiv həll etməyə qadir olan silahların tədarükü nəzərdə tutulur: hərbi əməliyyatlar zonasında hava hücumundan müdafiənin təminatı, xüsusi mobil bölmələrin yaradılması və s.
Bu cür texniki məsələrin həlli və təminatı üçün Ermənistana “Pansır-C” zenit raket-top kompleksi, “Tiqr” zirehli maşınları, ZTR-80, rabitə vasitələri, tank əleyhinə raket kompleksi, daşınan zenit-raket kompleksi və s. göndərilməsi planlaşdırılır.
Əldə olunan məlumatlara görə, bu silahların bir hissəsi artıq göndərilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL