“Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması Moskvadan asılı deyil. Əgər hər iki ölkə münasibətləri normallaşdırmağa cəhd edəcəklərsə, bu zaman onların aralarında olan problemlərin kompleks şəkildə müzakirə etməyə məcburdurlar”.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verirki, bunu Ermənistan mətbuatına müsahibəsində Moskvada fəaliyyət göstərən Qafqazşünaslıq elmi ittifaqının sədri, politoloq Aleksandr Krılov deyib.
Ekspertin sözlərinə görə Ankara ilə Yeravan arasında münasibətlərin normallaşmaması xarici güclərin fəaliyyətində böyük önəm daşıyır. Politoloq bildirib ki, bəzi beynəlxalq güclər yaranmış vəziyyətdən istifadə edirlər.
Aleksandr Krılov Rusiya ilə Qərb arasındakı əlaqələr fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivindən də söz açıb.
“Rusiya ilə Qərb arasında əlaqələrdə situasiya müxtəlif ola bilər. Amma bu, Qarabağ probleminin nizama salınması prosesində hər hansı rol oynamır.Nizama salınma məsələsində irəliləyiş həmişə gözləniləndir. Amma indiki halda bu ehtimal ki, nəzəri plandadır və praktik əhəmiyyət daşımır”,-deyə o qeyd edib.
Rus analitik söyləyib ki, hazırkı siyasi şərtlərdə Qarabağ konfliktinin nizama salınmasında qarşılıqlı məqbul variant tapmaq imkanları yoxdur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR