Rusiya ordusunun polkovniki öldürüldü

Rusiya ordusunun polkovniki öldürüldü

Rusiya Silahlı Qüvvələrinin polkovniki Ruslan Qalitski Suriyada həlak olub.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
 
Açıqlamada bildirilir ki, R. Qalitski Hələb şəhərinin qərb tərəfində silahlı qrupların artilleriya zərbəsi nəticəsində ölüb. Nazirlikdən bildirilib ki, polkovnik Suriyada rusiyalı hərbi məsləhətçilərin tərkibində fəaliyyət göstərib. R. Qalitski komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub. 
 
Rusiya Müdafiə Nazirliyi Suriyada indiyədək 23 hərbi qulluqçu itirdiyini bəyan edib.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az