Ermənistan hökumətinin yeni addımı bu ölkədən Rusiyaya köçü xeyli sürətləndirəcək.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, Serjin komandası xaricdə işləyən ölkə vətəndaşlarından, xüsusilə də tikinti sektorunda işləyənlərdən 13%-lik xüsusi vergi tutmağı qərara alıb.
Ermənistan maliyyə nazirinin müavini Vaxtanq Mirumyanın bildirib ki, məsələ ilə bağlı Rusiyanın razılığı alınıb. Bu açıqlama erməni jurnalistlərini Rusiyanın əleyhinə şərhlər yazmağa yönəldib.
“Belə görünür ki, Ermənistan həmişə olduğu kimi Rusiyadan pul istəyib. Putin də Sarkisyana Rusiyada işləyən əmək miqrantlarından vergi tutmağı məsləhət verib”,- deyə tanınmış erməni şərhçi Naira Hayrumyan bildirir.
Həmin miqrantlar artıq Rusiyaya vergi verirlər. Təbii ki, bu cür ikiqat vergiyə hər əmək miqrantı dözə bilməyəcək və birdəfəlik Rusiya vətəndaşlığına keçmək istəyəcəklər. Hazırda 2,9 milyon adamın qeydiyyatda olduğu Ermənistanın 840 min vətəndaşı Rusiyada əmək miqrantıdır. Böyük ehtimalla yeni qanunun tətbiqindən sonra erməni miqrantlarının böyük əksəriyəti Rusiya vətəndaşlığına keçmək istəyəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR